10:10 - 4.04.2024
4 aprel, Fineko/abc.az. Bakıda daha bir yolda hərəkətin təşkilində dəyişiklik edilib.
ABC.AZ-ın məlumatına görə, söhbət Böyükşor gölü üzərindəki yol ilə Binəqədi-Balaxanı yolunun kəsişməsindən gedir.
Həmin dairə ləğv edilib və ərazidə Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən təmir-tikinti işləri aparılır.
Paytaxda nəqliyyat sıxlığının qarşısını almaq məqsədilə Böyükşor-Pirşağı avtomobil yolunun tikintisinə başlanıb. Yolun Bakının şimal hissəsində nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacağı gözlənilir.
Yolun bu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Nəticədə də paytaxtda ən sıx tıxacların yaşandığı Zabrat-Sabunçu yolunda vəziyyətin nisbətən yaxşılaşacağı ehtimal olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
10 Avqust 2026