Elektrik enerjisinin satışından əldə etdiyimiz gəlirlər 6,5 dəfə azalıb

14:25 - 3.04.2024


3 aprel, Fineko/abc.az. 2024-cü ilin yanvar-fevral aylarında 34,9 milyon dollar dəyərində elektrik enerjisi ixrac edilib.

ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 192,3 milyon dollar 6,5 dəfə azalıb.

Qeyd edək ki, 2023-ci ilin eyni dövründə 227,2 milyon dollar dəyərində elektrik enerjisi ixrac edilib.