“Google” şirkətinin Azərbaycanda bazar payı artıb

12:31 - 3.04.2024


3 aprel, Fineko/abc.az. Cari ilin fevral ayı ilə müqayisədə ötən ay “Google” şirkətinin Azərbaycanda bazar payı artıb. 

ABC.AZ xəbər verir ki,  cari ilin fevralında “Google”un Azərbaycandakı bazar payı 92.58 % təşkil edibsə, ötən ay bu rəqəm 93.06% olub.

Qeyd edək ki, ötən ilin qeyd olunan dövründə “Google”un Azərbaycandakı bazar payı indiki ilə müqayisədə daha yüksək, 95.45% təşkil edib. (APA)