17:45 - 31.07.2018
31 iyul, Fineko/abc.az. Britaniyanın BP Plc neft şirkəti 2018-ci ilin 2-ci rübü üzrə hesabat açıqlayıb.
Hesabata əsasən, 2018-ci ilin 2-ci rübündə baza mənfəət, keçən il qeyd edilən 684 milyon dollar ilə müqayisədə 4,13 dəfə artaraq 2,822 milyon dollara çatıb.
2-ci rübdə upstream (geoloji kəşfiyyat və hasilat) seqmentində baza gəliri, keçən ilin analoji dövründə qeyd edilən 710 milyon dollarla müqayisədə 3 508 milyon dollar təşkil etmişdir. Downstream (emal və satış) seqmentində mənfəət 1 413 milyon dollardan 1 455 milyon dollara qalxıb.
Səhmdarların payına düşən xalis mənfəət 2018-ci ilin birinci yarısında 5,268 milyon dollar təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən (1,593 milyon dollar) 3,3 dəfə çoxdur.
Şirkətin kapital xərcləri 2-ci rübdə əvvəlki ilə nisbətən (4,488 milyon dollar) 3,825 milyon dollar təşkil edib.
Karbohidrogen hasilatının ümumi həcmi ikinci rübdə 1,4% artaraq gündə 2,465 milyon barel neft ekvivalentinə çatıb. İlin birinci yarısının nəticələrinə görə, göstərici 5,2% artaraq 2.535 milyon barel neft ekvivavlenti / gün-ə qədər artıb.
BP, bir səhm üçün 10,25 sent olmaqla, dividendləri 2,5% artırmağı qərara alıb.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026