14:41 - 2.04.2024
2 aprel, Fineko/abc.az. Bildiyiniz kimi, bir müddət əvvəl ölkədə taksi fəaliyyəti göstərmək üçün yeni şərtlər irəli sürülüb. Sözügedən şərtlərə avtomobillərin yaşının 15 ildən çox olmaması, rənglərinin qırmızı və ya ağ olması və sairə daxildir. Bununla yanaşı taksi fəaliyyəti göstərən avtomobillərdə taksometrlər quraşdırılacaq. Sərnişinlər hesab edir ki, taksometrlərdən sonra taksilərdə qiymətlər bahalaşacaq.
Taksilərin gələcək qiymətləri və ümumi yeniliklərlə bağlı ABC.AZ-a danışan ekspert Aslan Əsədov isə düşünür ki, taksometrin quraşdırılması taksilər üçün vacib elementlərdəndir.
Ekspert bunu belə əsaslandırır:
"Çünki bütün dünya ölkələrində bəhs etdiyimiz proses tətbiq edilir. Taksometr ən ideal ölçü vahidi hesab edilir. Qiymət artımına gediləcək ifadələri də ümid vermir, taksometrə qoşulduqdan sonra müəyyən vaxt üçün bahalaşma ola bilər, Amma, standart hər kəs qiyməti biləndən sonra a məntəqəsindən b məntəqəsinə nə qədər yazır, neçə manatdır bilir. Bununla da kimisə aldatmaq olmur. Onun üçün də qiymət artımını labüd saymıram. Yəni, inandırıcı deyil, müvəqqəti ola bilər. Daha sonra isə nəqliyyat vasitələrinin gediş haqlarının təyin olunmasında ən qabaqcıl şirkətlər hansı proseslərdən keçirsə, biz də o prosedurlardan keçməliyik".
Müəllif: Elmir Murad
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026