12:22 - 2.04.2024
2 aprel, Fineko/abc.az. Türkiyə yaşayış icazəsini uzatmaq üçün əlavə sənəd tələb edəcək.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Türkiyədə yaşamaq icazəsini yeniləmək istəyənlər bundan sonra sənədləri təqdim edərkən UETS (milli elektron bildiriş sistemi) ünvanını da təqdim etməlidirlər. Türkiyə Miqrasiya İdarəsinin məlumatına görə, yenilik aprelin 15-də qüvvəyə minəcək.
Xarici vətəndaşlara poçt şöbələrində UETS ünvanı verilir. Sənədi almaq üçün pasportunuz və etibarlı yaşayış icazənizlə poçt şöbəsinə getməli, orada xüsusi ərizə doldurmalı və elektron poçtunuz ilə telefon nömrəniz haqqında məlumat verməlisiniz.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, son bir il ərzində yaşamaq icazəsi olan 54 mindən çox rus Türkiyəni tərk edib. Ölkədə yaşamaq icazəsi olan rusların ümumi sayı 34% azalaraq 100 mindən az olub.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026