12:04 - 2.04.2024
2 aprel, Fineko/abc.az. Ötən il Azərbaycanda 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub. 2023-cü ildə Azərbaycanda dövlət qurumlarının saytına bənzədilən 186 saxta domenin fəaliyyətinin qarşısı alınıb. Ötən il 1 milyon 416 min elektron poçt zərərli informasiyaya görə blok edilib.
ABC.AZ xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İsmayılov deyib.
O bildirib ki, ötən il aprılan audit yoxlamaları zamanı dövlət qurumlarının saytında təhlükəsizliklə bağlı 695 boşluq müəyyən edilib: “Ötən il dövlət qurumlarına yönələn 1162 kiberhücum müəyyən edilərək qarşısı alınıb. Kiberhücum cəhdlərinin analizi ilə Xidmətimiz tərəfindən 1162 xüsusi kiberhücum indikatoru müəyyən edilərək “AzStateNet” şəbəkəsində və elektron poçt sistemində bloklamaqla xüsusi hədəflənmiş kiberhücumların qarşısı alınıb. Həmçinin 2023-cü il ərzində “AzStateNet” şəbəkəsi üzrə tətbiq edilən yeni nəsil mühafizə avadanlığı vasitəsilə 911,430,000 zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 7,464,500 və “Sandbox” mühafizə sistemi vasitəsilə isə 103,650 zərərverici tərkibli elektron sənəd blok edilərək son istifadəçilərin yoluxmasına imkan verilməmişdir. Bununla yanaşı kiberkəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 186 saxta domen müəyyən edilərək hakerlər tərəfindən hədəflənmiş xüsusi kiberhücumlarda dövlət qurumları adından istifadə edilməsi planlarının qarşısı alınmış və yüzlərlə kiberhücum cəhdləri qabaqlanıb".
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026