17:35 - 1.04.2024
1 aprel, Fineko/abc.az. “Tesla”nın maliyyə problemləri, ekspertlərin fikrincə, həm elektrokar bazarında ümumi durğunluğun, həm də bir sıra daxili problemlərin nəticəsi olub. Məsələn, ilin əvvəlində Tesla Çində Model 3 və Model Y-nin qiymətini aşağı saldı, lakin bu şirkətə kömək etmədi: fevral ayında tədarüklər 19% azaldı və mart ayında azalma illik nisbətdə 35%-ə çatdı.
ABC.AZ xəbər verir ki, bundan əlavə, Tesla səhmlərinin dəyərinə həm şirkət rəhbəri İlon Maskın süni intellektlə bağlı mübahisəli açıqlamaları, həm də Maskın aşırı yüksək mükafatı ilə bağlı davam edən məhkəmə prosesi təsir edir.
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026