Dubay dünyanın ilk uçan avtomobillərini işə salmağı planlaşdırır

21:53 - 29.03.2024


29 mart, Fineko/abc.az. Dubayın “Aviterra” aviasiya şirkəti Hollandiyanın PAL-V şirkəti ilə 100-dən çox Liberty uçan avtomobil almaq barədə müqavilə imzalayıb. Bu, Yaxın Şərqdə və Afrikada bu sinifin ilk avtomobilləri olacaq.

ABC.AZ xəbər verir ki, avtomobil doqquz saniyədən az müddətdə 100 km/saat sürətlənməyə qadirdir, təyyarəyə çevrilmək beş dəqiqə çəkir. Aparatın uçuş məsafəsi 400 ilə 500 km arasındadır və maksimum sürəti 180 km/saatdır, 3,3 min m-dən çox yüksəkliyə qalxa bilər.

Bir avtomobilin qiyməti təxminən 800 min dollardır.