17:05 - 29.03.2024
29 mart, Fineko/abc.az. 1 sentyabr 2024-cü il tarixindən etibarən laboratoriyaları “Rosselxoznadzor” tərəfindən yoxlanılmayan ölkələrdən Rusiyaya toxum və əkin materialının idxalı qadağan ediləcək.
ABC.AZ xəbər verir ki, bu barədə qurumun rəhbəri Sergey Dankvert bildirib.
Hazırda xidmət 33 ölkədə 9 laboratoriyanı yoxlayıb: Cənubi Koreya, Serbiya, İsrail, Meksika, Çexiya, Moldova, Braziliya, Macarıstan və Fransa.
2024-cü ildə “Rosselxoznadzor” Çili, Azərbaycan, Tayland, Türkiyə, Argentina və Özbəkistanda laboratoriyaların auditini keçirməyi planlaşdırır. Abxaziya, Boliviya, Tacikistan və Qətər laboratoriyaların və ya Rusiyaya toxum tədarükünün olmaması səbəbindən yoxlamadan imtina edib.
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026