Əhalinin ən çox xərci nəyə çıxır? - VİDEO

10:22 - 29.03.2024


29 mart, Fineko/abc.az. Əhali qeyri-ərzaq məhsullarına daha çox pul xərcləməyə başlayıb.

Rəsmi statistikaya görə, 2024-cü ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsi ərzaq məhsulları üzrə 2,5 faiz artsa da, qeyri-ərzaq malları üzrə 5,2 faiz çoxalıb.

ABC.AZ xəbər verir ki, kompüterlər, telekommunikasiya avadanlıqlarının alınmasına çəkilən xərclər 32 faiz, yanacağa xərclənən pul isə 10 faiz artıb.

İçkilər və tütün məmulatları üçün isə 2,2 faiz daha az vəsait sərf olunub. Nəticədə əhalinin xərclərində ərzaq, içki və tütün məhsullarının payı azalıb.

Maraqlıdır, qeyri-ərzaq məhsulları üzrə xərclərin daha çox artmasına səbəb nədir?

İqtisadçı Rəşad Həsənov deyib ki, əhalinin içki və tütün məmulatlarının alışını azaltması onların bahalaşması ilə bağlıdır:

Ətraflı Baku TV-nin süjetində: