Azərbaycana idxal olunan paltaryuyan maşınlar bahalaşıb

16:40 - 28.03.2024


28 mart, Fineko/abc.az. 2024-cü ilin yanvar ayında Azərbaycan xaricdən 4 milyon 730 min ABŞ dolları dəyərində 19 min 827 ədəd paltaryuyan maşını idxal edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-ci il ilin ilk ayı ilə müqayisədə dəyər ifadəsində 1 milyon 868 min dollar və ya 65,3%, həcm baxımından 5 min 625 ədəd və ya 39,9%  çoxdur.