17:06 - 27.03.2024
27 mart, Fineko/abc.az. Dünya: Ticarət çərçivəsində Rusiyadan Türkiyəyə ödənişlərlə bağlı problem həll olunmayıb.
İlin əvvəlində Rusiyadan Türkiyəyə ödənişlərlə bağlı yaranmış problem hələ də həllini tapmayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Dünya” nəşri yerli bazarın nümayəndələrinə istinadən məqalə dərc edib.
Yerli banklar ödənişləri rədd etdiyindən türkiyəli ixracatçılar mallar üçün pul yığa və ixrac hesablarını bağlaya bilmirlər. Mövcud qanunvericilik ixrac gəlirlərinin ölkəyə 180 gün ərzində daxil olmasını nəzərdə tutur, lakin Ticarət Departamenti bu müddəti 24 aya qədər uzada bilər.
Şirkətlər bu fonda Rusiya ilə ticarətin faktiki olaraq dayandığını bildirirlər. Uzunmüddətli perspektivdə bu, istehsal gücünün azalmasına gətirib çıxaracaq ki, bu da istehsalın yavaşlamasına reaksiya olacaq və məşğulluğa da təsir edəcək.
Müəllif: Elmir Murad