15:02 - 18.03.2024
18 mart, Fineko/abc.az. 2024-cü il martın 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil Nəzarət Kassa Aparatlarının (NKA) sayı 3.136 ədəd olub.
ABC.AZ xəbər verir ki, cari ilin 2 ayında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 58,7 milyon manatdan artıq olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 43,4 milyon manat və ya 3,8 dəfə çoxdur. Bu il martın 1-nə “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1 milyon 70 min manat, təkcə fevral ayında isə 81,9 min manat ƏDV məbləği geri qaytarılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə fevral ayında istehlakçılara qaytarılan məbləğ 2,4 dəfə artıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026