11:12 - 18.03.2024
18 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Əmlak Məsələləri Dövlət Xidməti 60 093 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını aparıb.
ABC.AZ Dövlət Xidmətinə istinadən xəbər verir ki, bunun 9 349-u ilkin, 50 744-ü isə isə təkrar qeydiyyatın payına düşüb.
2 ay ərzində fərdi yaşayış və bağ evləri üzərində 8 753, mənzillər üzərində 13 248, torpaq sahələri üzərində 36 258, qeyri-yaşayış binalarıı üzərində 512, qeyri-yaşayış sahələri üzərində 1 220, əmlak kompleksləri üzərində 96, çoxmərtəbəli yaşayış binalarıı üzərində isə 6 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
Bu mülkiyyət hüquqlarının 14 886-sı Bakının, qalanı isə bölgələrin payına düşüb. Hesabat dövründə 43 765 texniki pasport tərtib edilib, 11 314 ipoteka müqaviləsi qeydiyyata alınıb.
25 Noyabr 2026
25 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026