“RayGen” startapı Avstraliyada hibrid günəş hidroelektrik stansiyası inşa edir

14:35 - 14.03.2024


14 mart, Fineko/abc.az. Layihə 30 hektar ərazidə həyata keçirilir. Burada güzgülər yarımdairə şəklində yerləşdiriləcək və günəş işığını silikon və germanyumdan sonra üçüncü ən populyar material olan yarımkeçirici galyum arsenid əsaslı güclü fotoelektrik panellərlə təchiz olunmuş qəbuledici qülləyə yönəldəcək.

ABC.AZ xəbər verir ki, qüllədə 400 günəş modulu olacaq, hər biri 2,5 kVt elektrik və 5 kVt istilik enerjisi istehsal edə biləcək. Modullardan çıxarılan istilik izolyasiya edilmiş rezervuarda isti su kimi saxlanacaq. Elektrik isə, suyu donma dərəcəsinə qədər soyudan qurğunun işini təmin edəcək.