12:11 - 14.03.2024
14 mart, Fineko/abc.az. “SİMA İmza” vasitəsilə xidmətlərini rəqəmsallaşdıran növbəti qurum “Portmanat” elektron pulqabı olub.
ABC.AZ xəbər verir ki, artıq “Portmanat” elektron pulqabının internet saytında və mobil tətbiqində istifadəçilər kimliyini “SİMA İmza” vasitəsilə eyniləşdirə bilərlər. Belə ki, saytda və tətbiqdə qeydiyyatdan keçmiş istifadəçilərin “Limitlər və imkanlar” bölməsinə daxil olaraq limit artırılması prosesini “SİMA İmza” sayəsində anında reallaşdırması mümkündür.
“SİMA İmza” sayəsində isə müştərilər 1 dəqiqədən daha az müddətdə kimliyini təsdiqlədə bilərlər.
“SİMA İmza” ilə vətəndaşların xidmət mərkəzlərindən aslılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır.
14 Avqust 2026
14 Avqust 2026