"Yandex market" anbar robotunun modelini təqdim edib

12:51 - 13.03.2024


13 mart, Fineko/abc.az. "Yandex market" anbar robotunun yeni modelini təqdim edib. Hazırda robot sınaqdan keçirilir.

ABC.AZ xəbər verir ki, əl funksiyasını yerinə yetirən robot, konveyerdən müxtəlif ölçülü, formalı, çəkili qutuları qaldırır və müvafiq paletlərə qoyur, həmçinin, onları sökür.

Gələcəkdə robot malları qablaşdırmadan əvvəl çeşidləmək üçün istifadə ediləcək: məsələn, dodaq boyası, cins və ya qələmi götürüb qablaşdıracaq, sonra qutular alıcılara göndəriləcək.