16:16 - 12.03.2024
12 mart, Fineko/abc.az. Azərbaycan və Qazaxıstan Transxəzər beynəlxalq nəqliyyat marşrutu (Orta dəhliz) sayəsində Asiya ilə Avropa arasında əsas nəqliyyat mərkəzlərinə çevrilir.
ABC.AZ xəbər verir ki, bu barədə Eureporter məqaləsində deyilir.
Qeyd olunur ki, Ukraynadakı müharibə və Qırmızı dənizdə husilərin hücumları Avropadan idxal və ixracı əhəmiyyətli dərəcədə təsir edib və buna görə də alternativ olaraq Orta dəhliz mühüm potensiala malikdir.
Nəqliyyat ekspertlərinin qiymətləndirmələrinə görə, bu dəhliz üzrə daşımaların həcmi 86% artaraq 2022-ci ildəki 1,5 milyon ilə müqayisədə 2,8 milyon tona çatıb. Bu, 2021-ci ildə cəmi 586 min ilə müqayisədə xeyli artım deməkdir.
10 Sentyabr 2026
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026