17:35 - 11.03.2024
11 mart, Fineko/abc.az. Braziliyanın Petroleo Brasileiro SA (Petrobras) Neft Şirkəti 2023-cü ilin dördüncü rübündə xalis gəliri 24% azaldıb. Gəlir 10% azalıb.
ABC.AZ xəbər verir ki, ötən rübdə xalis mənfəət 6,26 milyard dollar təşkil edib, əvvəlki ilin eyni dövründə isə $8,25 milyard. Korrektə edilmiş EBITDA 3% azalaraq $13,47 milyarda enib. İl ərzində bu göstərici 32% azalaraq $52,41 milyarda düşüb, lakin şirkət tarixində ikinci ən böyük göstərici olub.
Rüblük gəlirlər bir il əvvəl $30,17 milyarddan $27,11 milyarda qədər azalıb, o cümlədən neft qiymətlərinin azalması ilə əlaqədar. Keçən rübdə “Brent”in orta qiyməti $84,05, 2022-ci ilin dördüncü rübündə bir barelə $88,71 təşkil edib.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026