16:07 - 11.03.2024
11 mart, Fineko/abc.az. Türkiyə indi dünyada Amerika və İngiltərədən sonra ssenarili seriallarının üçüncü ən böyük ixracatçısıdır.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı “The Economist” jurnalında yazı dərc edilib.
Yazıda qeyd edilib ki, 2020-2023-cü illər arasında türk şoularına tələb qlobal müqayisədə 184% artıb. O bu göstəricidə drama filimlər istehsalçısı Cənubi Koreyanı da geridə qoyub.
Jurnalda qeyd edilir ki, Türk şouları təkcə Yaxın Şərqdə deyil, Avropa və Latın Amerikasında da məşhurdur.
Belə ki, ötən il yeni türk şoularının üç ən böyük idxalçısı İspaniya, Səudiyyə Ərəbistanı və Misir olub.
İstanbul Ticarət Palatası 2022-ci ildə Türkiyənin televiziya ixracatının 600 milyon dollar qazandığını təxmin edir.
13 Avqust 2026
14 Avqust 2026