ABŞ COVID peyvənd istehsalçılarını məsuliyyətə cəlb etmək istəyir

16:37 - 7.03.2024


7 mart, Fineko/abc.az. Texas ştatından olan respublikaçı Nümayəndələr Palatasının üzvü Çip Roy yeni qanun layihəsi təqdim edib.

ABC.AZ xəbər verir ki, qanun layihəsi amerikalılara peyvəndin yaratdığı mənfi sağlamlıq nəticələrinə görə COVID-19 peyvəndi istehsalçılarını məhkəməyə verməyə imkan verəcək.

“Zərər çəkmiş amerikalılara hüquqi səlahiyyətlərinverilməsi haqqında” qanun (LİABLE), COVID-19 peyvəndi istehsalçılarının qanuni qorunmasını ləğv etməyi hədəfləyir.
Royun koronavirus peyvəndi istehsalçılarının məsuliyyət qanunu, peyvənddən əziyyət çəkdiklərini iddia edən amerikalılara istehsalçıları məhkəməyə verməyə imkan verəcək.