Azərbaycan Gürcüstana keçən il 8 milyon dollara yaxın siqaret satıb

16:18 - 7.03.2024


7 mart, Fineko/abc.az. Azərbaycan 2023-cü ildə Gürcüstana istehsal etdiyi yerli siqaretlərin ixracını kəskin artırıb.

ABC.AZ xəbər verir ki, Gürcüstan keçən il ərzində 498.33 milyon ədəd siqaret ixrac edib.

İxrac edilmiş siqaretin dəyəri 7 milyon 755.6 min ABŞ dolları təşkil edib. 2022-ci ildə cəmi 52.8 mln. və ya 492.4 min dollarlıq siqaret satılmışdı.

Ölkənin ümumilikdə filtirli siqaret ixracı hesabat müddətində 1 mlrd. 134.5 mln. ədəd (14 mln. 285.1 min dollar) təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən ölkənin tütün zavodunun ümumi istehsal həcmi 16 mlrd. 10.2 mln. ədəd siqaret istehsalı həyata keçəməklə illik 20% artıb.