Azərbaycanda yaşı 5 ilə qədər olan avtomobillərin xüsisi çəkisi 5%-i ötüb

14:17 - 7.03.2024


7 mart, Fineko/abc.az. Əgər 2021-ci ilin yekununda Azərbaycanda yaşı 5 ilə qədər olan minik avtomobillərinin xüsusi çəkisi 4.6% olubsa, 2023-cü ilin yekununda bu rəqəm 5.4%-ə çatıb.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Bakıda keçirilən konfransda bildirib.

O, həmçinin deyib ki, ötən il ölkəyə idxal olunan elektrik mühərrikli avtomobillərin sayı əvvəlki ilə nisbətən 6.3 dəfə, mühərrikinin həcmi 2500 kubsm-dən çox olmayan hibrid mühərrikli avtomobillərin sayı isə 24.3% artıb.