Fransada sakinlərə ət istehlakını yarıya endirmək təklif edildi

11:27 - 7.03.2024


7 mart, Fineko/abc.az. Fransa sakinlərinə ət istehlakını yarıya endirməyə və həftədə 450 qramla kifayətlənməyə çağırış edilib. Fransız Qidalanma Cəmiyyəti belə bir təkliflə çıxış edib.

ABC.AZ xəbər verir ki, mütəxəssislərin fikrincə, bu, 2050-ci ilə qədər qlobal istiləşməni ağırlaşdıran istixana qazı emissiyalarını 46% azaltmağa kömək edəcək. Təşkilatın məlumatına görə, Fransada qida sahəsi ümumi istixana qazı tullantılarının 22%-dən cavabdehdir, kənd təsərrüfatı bu payın 60%-ni təşkil edir.

Mütəxəssislər qeyd edirlər ki, 50% daha az ət istehlak edilsə, bədən əziyyət çəkməz və əlavə qida mənbələri tələb olunmaz.