10:19 - 6.03.2024
6 mart, Fineko/abc.az. “Xətai Çörək” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 26 aprel 2024-cü il saat 15.00-da keçiriləcək.
ABC.AZ xəbər verir ki, toplantı yerinin əlverişsiz şəraitdə olduğunu nəzərə alaraq, yığıncaq onlayn qaydada keçiriləcək.
İclasa qoşulma qaydası yığıncaq iştirakçılarına göndərilən bildirişlərdə qeyd ediləcəkdir.
1.Cəmiyyətin 2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyəti haqqında icra orqanının hesabatı.
2.Cəmiyyətin müşahidə şurasının üzvlərinin və sədrinin seçilməsi.
3. Cəmiyyətin idarə heyətinin üzvlərinin seçilməsi. 4.Cəmiyyətin təftiş komissiyasının yaradılması
8 Avqust 2026
8 Avqust 2026