Hindistanlı proqram tərtibatçıları Google-a qarşı iddialarını dəqiqləşdirdilər

17:32 - 5.03.2024


5 mart, Fineko/abc.az. Google ayrı-seçkilik tarifləri təyin edir, həmçinin Antiinhisar qanunvericiliyini və şəxsi məlumatların qorunması haqqında qanunu pozur.

ABC.AZ xəbər verir ki, bu barədə Hindistanın Alliance of Digital India Foundation (ADIF) proqram təminatı üzrə təşkilatı məlumat verib.

Tətbiq şirkətlərinin qurucuları qeyd edirlər ki, Google Play Store-un tətbiq mağazası xidmətləri həm iri şirkətlər, həm də nisbətən kiçik oyunçular üçün eynidir.
Lakin tarifləşdirmədə ayrı–seçkilik var: kiçik tətbiqlərdən gəlirlərin 15-30% - ni götürürlər, baxmayaraq ki, əksər ödəniş şlüzləri oxşar xidmətlər üçün 0,5-2% alır. Beləliklə, Google bazarda dominant mövqeyindən sui-istifadə edir, inhisar gəlirlərini məhz kiçik startaplardan çıxarır.