11:09 - 5.03.2024
5 mart, Fineko/abc.az. “Saudi Aramco” Çilidə yanacaq və sürtkü yağlarının aparıcı pərakəndə satış şirkəti olan Esmax Distribution SpA-nın 100% səhmlərinin alınması üzrə əqdi bağlayıb.
ABC.AZ xəbər verir ki, ilk dəfə 2023-cü ilin sentyabr ayında elan edilən müqavilə “Aramco”nun Cənubi Amerikaya ilk pərakəndə sərmayəsini nəzərdə tutur. “Esmax”, Çilidə pərakəndə yanacaqdoldurma məntəqələri şəbəkəsinə sahibdir, yanacaq paylama terminalları və sürtkü yağları zavodu, yerli hava limanlarını da yanacaqla təmin edir. Əqdin maliyyə detalları açıqlanmayıb.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026