Çində mobil telefonların tədarükü yanvar ayında 68% artıb

16:31 - 4.03.2024


4 mart, Fineko/abc.az. Çində mobil telefonların tədarükü yanvar ayında ötən ilin eyni ayına nisbətən 68,1% və ya 1,7 dəfə artaraq 31,78 milyon ədəd təşkil edib.

ABC.AZ xəbər verir ki, o cümlədən yeni nəsil 5G rabitə şəbəkələrini dəstəkləyən smartfonların satışları 59% artaraq 26,17 milyona çatdı. Beləliklə, ümumi həcmin 82%-dən çoxunu təşkil edib.

Çin brendləri yanvar ayında yerli istehsalçıların 26,24 milyon telefonu (2,7 dəfə artım) ilə bazara hakim olmağa davam edib. Eyni zamanda, 26 yeni telefon modeli buraxıblar.