Dövlət xəstəxanasında külli miqdarda mənimsəmə - Cinayət işi açıldı

14:21 - 4.03.2024


4 mart, Fineko/abc.az. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin vəzifəli şəxslərinə cinayət işi açılıb.

ABC.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəxanada aparılan yoxlamalar zamanı 2021-2023-cü illərdə rəhbər şəxslərin əlbir olaraq külli miqdarda büdcə vəsaitini mənimsəməsi üzə çıxıb. 

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə cinayat işi açılıb.

Araşdırmalar davam etdirilir.