10:01 - 4.03.2024
4 mart, Fineko/abc.az. “Qala Həyat Sığorta” ASC-nin 2024-cü ilin yanvar ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.
Şirkət yanvar ayında 972 min manat həcmində sığorta haqqı toplayıb. Bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 205 min manat və ya 17% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 1,177 mln. manat təşkil edib.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90 %-i “Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026