13:57 - 29.02.2024
29 fevral, Fineko/abc.az. İsrailin İqtisadiyyat və sənaye naziri Nir Barkat və Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev Daşkəndin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması haqqında ərizəsinin İsrailin təsdiqinə dair protokol imzalayıblar.
ABC.AZ xəbər verir ki, Özbəkistan ÜTT-yə qoşulma proseduruna 1994-cü ildə, tariflər və ticarət üzrə Baş sazişdə müşahidəçi statusu aldıqdan sonra başlamışdı. 1998-ci ildə respublikanın təşkilata daxil olması üzrə işçi danışıqlar qrupu yaradılmışdı və bir neçə il sonra proses dondurulmuşdu, yalnız 2020-ci ildə bərpa edilmişdi.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026