Kakao kəskin bahalaşdı — Səbəb 

17:25 - 28.02.2024


28 fevral, Fineko/abc.az. Nyu-Yorkdakı qiymətlər həftə ərzində 1000 dollar artaraq bir tona 6880 dollar, ilin əvvəlində 2700 dollar və ya 67% artıb.

ABC.AZ xəbər verir ki, mütəxəssislər bahalaşmanın səbəbini əsas kakao istehsalının cəmləşdiyi Qərbi Afrika ölkələrində böyük itkilər adlandırırlar. Hava şəraiti problemləri daha da pisləşdirə bilər. 

Kot—dİvuar istehsalçıları oktyabrın 1-dən fevralın 25-dək limanlara 1,16 milyon ton kakao göndəriblər ki, bu da bir il əvvəlki dövrə nisbətən 32% azdır. Qana kakao Şurası 2023-2024 mövsümü üçün kakao istehsalının proqnozunu 650-700 min tona endirib. Bu, son 14 ilin minimum səviyyəsidir. Buna səbəb kimi Qananın mütəxəssisləri qaçaqmalçılıq və əlverişsiz hava şəraitini qeyd ediblər.
Kakaonun yüksək qiymətləri qlobal tələbatı azaltmağa başlayır.