17:22 - 26.02.2024
26 fevral, Fineko/abc.az. Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak Ukraynanın hava limanlarından birinin işini bərpa edəcəyini deyib.
ABC.AZ xəbər verir ki, o deyib ki, hava limanlarından birini açmaq üçün işlər gedir.
"Lakin bu, yalnız bütün təhlükəsizlik məsələləri bitəndən sonra baş verəcəkdir. Bunun iqtisadiyyatın inkişafı üçün nə qədər güclü təkan olacağını başa düşürük", — deyə Yermak bildirib.
Hansı hava limanının fəaliyyətini bərpa edə biləcəyini açıqlamayıb.
12 Avqust 2026