Neft qiymətləri fərqli yöndə dəyişir, Brent bir barel üçün $83,51 təşkil edir

09:35 - 20.02.2024


20 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə axşamı hərracda fərqli istiqamətdə dəyişir.

Londonun ICE Futures birjasında Brent markalı aprel neft fyuçerslərinin qiyməti saat 09:30-da $0,05 (0,06%) azalaraq bir barel üçün $83,51-a düşüb. 19 fevral ticarətinin nəticələrinə görə, Brent markalı neftin aprel fyuçersləri $0,09 (0,11%) artaraq bir barel üçün $83,56-a yüksəldi.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin aprel fyuçerslərinin qiyməti saat 09:30-da $0,19 (0,24%) artaraq bir barel üçün $78,41-a çatdı. Fevralın 19-da ABŞ-da bayramla əlaqədar WTI ticarəti keçirilməyib.