16:35 - 19.02.2024
19 fevral, Fineko/abc.az. Cəbrayıl rayonunda tikiləcək “Şəfəq” (Sunrise) günəş elektrik stansiyasının tikinti layihəsi üzrə yekun investisiya qərarı bu ilin ikinci yarısında qəbul olunacaq.
ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
Onun sözlərinə görə, hazırda xırda texniki, kommersiya məqamları dəqiqləşdirilir və bu ilin ikinci yarısında yekun investisiya qərarı veriləcək.
Vitse-prezident onu da əlavə edib ki, layihə üzrə təməlqoymanın bu il qoyulacağı gözlənilir.
Xatırladaq ki, 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyasının tikinti layihəsinin 2025-ci ilin sonunadək həyata keçiriləcəyi gözlənilir.
21 Avqust 2026
21 Avqust 2026