11:10 - 19.02.2024
19 fevral, Fineko/abc.az. “Caucasus Ventures” Azərbaycan vençur Fondu ABŞ-ın “Platma” no-code platformasına investisiya yatırıb. Əməliyyatın məbləği və digər detalları açıqlanmır.
ABC.AZ xəbər verir ki, Caucasus Ventures 2022-ci ilin noyabr ayında Məmməd Kərim tərəfindən yaradılmışdır. Fond Azərbaycan, Gürcüstan, Türkiyə, Mərkəzi Asiya və Şərqi Avropa ölkələrindən startaplara investisiya yatırır. Nizamnamə kapitalı - 11,3 milyon manatdır.
“Platma”, proqramlaşdırma bacarığı olmayan istifadəçilər üçün proqram tətbiqetmələrinin inkişafı və iş proseslərinin avtomatlaşdırılması üçün AI Extreme no-code platformasıdır. Komanda yaxın vaxtlarda Qazaxıstanda ofis açmağı planlaşdırır, baş ofisi ABŞ-da yerləşir.
2022-ci ilin dekabr ayında şirkət pre-seed raundda 1,5 milyon dollar topladı. Bir il sonra Qazaxıstanın Most Ventures, Almaz Capital, Murat Abdrahmanov və başqaları sərmayə qoyublar. Ümumilikdə, yarandığı gündən Platma 1,6 milyon dollar qazanıb.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026