17:23 - 16.02.2024
16 fevral, Fineko/abc.az. Dohada Qazaxıstan-Qətər İnvestisiya dəyirmi masası zamanı Qazaxıstan Prezidenti Kasımjomart Tokayev Qətər şirkətlərinə Qazaxıstan bazarına investisiya qoymağı təklif edib.
ABC.AZ xəbər verir ki, bu addım Qazaxıstanın xarici investisiyaların cəlb edilməsi və Fars körfəzi ölkələri ilə iqtisadi əlaqələrin genişləndirilməsi strategiyasında tarixi bir addım oldu.
İlk addım olaraq, Qazaxıstan Prezidenti Qətərə qeyri xam mallar üzrə ixracı 250 milyon dollar 60 artırmağa hazır olduğunu qeyd edib və qarşılıqlı ticarəti 500 milyon dollara qədər artırmağı təklif edib.
Qazaxıstanı Qətər investorları üçün cəlbedici edən əsas arqumentlərdən biri Avrasiya İqtisadi Birliyi bazarına çıxış və Çinlə qonşuluqdur.