Putin: Rusiya texnologiyaları özü inkişaf etdirə bilər

16:58 - 16.02.2024


16 fevral, Fineko/abc.az. Rusiya enerji ehtiyatlarını sataraq xaricdə texnologiya almağı düşünürdü, lakin məlum oldu ki, özü onları inkişaf etdirə bilər.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Çelyabinsk sənaye müəssisələrinin tələbələri və işçiləri ilə söhbət zamanı bildirib.

"Biz ümid edirdik ki, neft və qaz, kömür və metal detallar sataraq, həmin pula bütün yüksək texnologiyaları xaricdən alacağıq, amma ehtiyac yarandı, məlum oldu ki, hər şeyi özümüz istehsal edə bilirik", —  deyə Rusiya prezidenti bildirib.

Putin onu da qeyd edib ki, Rusiyanın "kvazi tərəfdaşları" ölkəyə qarşı məhdudiyyətlər qoymasaydı, bu qədər sifariş olmazdı.