12:20 - 16.02.2024
16 fevral, Fineko/abc.az. Sumqayıt Kimya Sənayesi Parkının rezidenti “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin nizamnamə kapitalı bir qədər də artırılıb.
ABC.AZ xəbər verir ki, STP-nin nizamnamə kapitalı sonuncu əməliyyat zamanı 8.54 mln. manat və ya 2.2% artırılmaqla 398.39 mln. manatı keçib.
2023-cü ilin iyununda 49.43 mln. manat, iyulda 2.3 mln. manat, avqustda 13.06, dekabrda 8.7 mln. manat və 2024-cü ilin yanvarında 76.8 mln. manat artırılıb.
Xatırladaq ki, STP 2012-ci ildə yaradılıb, strukturunda müştərək və ya törəmə olan 10 zavod fəaliyət göstəririr.
3 Avqust 2026