11:52 - 16.02.2024
16 fevral, Fineko/abc.az. Macarıstan hesab edir ki, təbii qazın idxalı Türkiyəsiz qeyri—mümkündür, belə ki, Rusiya yanacağının Avropaya tədarükü üçün istifadə olunan "Türk axını" boru kəməri Türkiyə ərzisindən keçir.
ABC.AZ xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
"Türkiyə olmadan bizim üçün təbii qaz tədarükü mümkün deyil. Türkiyə bu baxımdan bizim ən etibarlı və proqnozlaşdırıla bilən tranzit tərəfdaşımızdır", - deyə Siyarto Ankarada türkiyəli həmkarı Hakan Fidan ilə danışıqlardan sonra mətbuat konfransında bildirib.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026