Cəbrayılda günəş elektrik stansiyası bu tarixədək tikiləcək

17:19 - 15.02.2024


15 fevral, Fineko/abc.az. Cəbrayıl rayonunda tikiləcək “Şəfəq” (Sunrise) günəş elektrik stansiyasının tikinti layihəsi 2025-ci ilin sonunadək həyata keçiriləcək.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda deyib.

Onun sözlərinə görə, 240 MVt gücündə olan elektrik stansiyasının tikintisi layihəsi SOCAR, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və BP ilə birlikdə həyata keçiriləcək.

Vitse-prezident onu da qeyd edib ki, “Şəfəq” stansiyasında istehsal olunan elektrik enerjisi ilə Səngəçal terminalı təmin ediləcək və nəticədə ildə 260-330 min ton miqdarında karbon dioksid (CO2) ekvivalentində emissiyasının azaldılmasına imkan yaradacaq.