10:59 - 13.02.2024
13 fevral, Fineko/abc.az. “Aspera Clinic” MMC barəsində inzibati xəta protokolu tərtib edilib.
ABC.AZ banker-ə istinadən məlumatına görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə irəli sürülüb. Protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Elməddin Hüseynovdur.
Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə — vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026