14:20 - 8.02.2024
8 fevral, Fineko/abc.az. Türkiyədə yanacağın qiyməti artıb.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Üç gün ərzində benzinin qiymətində üçüncü artımın olacağı açıqlanıb. Belə ki, ötən gün 1.38 lirə artımla alınan dizel bu gündən etibarən 1.40 lirəyə satılır. Qiymətin yeni artımlar da daxil olmaqla üç gün ərzində 4.78 lirə artacağı proqnozlaşdırılır.
Qeyd olunur ki, ötən ildə olduğu kimi, yeni ildə də ilk gündən yanacaq məhsullarında qiymət artımı özünü göstərir. Yanvarın 30-da dizelin hər litrinə görə qiymət 1.38 TL artmışdısa, bir gün sonra dizel qiymətləri yenidən 1.40 TL artıb. Ekspertlər benzinin hər litrinə görə 2 TL bahalaşma olacağını ehtimal edirlər.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026