09:20 - 6.02.2024
6 fevral, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərracda neftin etalon markalarının qiyməti yüksəlir.
Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti saat 09:17-də $0,18 (0,23%) artaraq bir barel üçün $78,17-a çatıb. 5 fevral ticarətinin nəticələrinə görə, Brent markalı neftin aprel fyuçersləri $0,66 (0,85%) artaraq bir barel üçün $77,99-a yüksəldi.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart fyuçerslərinin qiyməti saat 09:17-da $0,14 (0,19%) artaraq bir barel üçün $72,92-a yüksəldi. 5 fevral ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçerslərinin qiyməti $0,50 (0,69%) artaraq bir barel üçün $72,78-a çatıb.
21 Avqust 2026
21 Avqust 2026