10:22 - 5.02.2024
5 fevral, Fineko/abc.az. Dövlət Neft Şirkətinin (SOCAR) Polşada səhmdar olduğu şirkətin prezidenti dəyişib.
ABC.AZ banker-ə istinadən xəbər verir ki, Bojena Knipfelberq ( Bożena Knipfelberg) Polşada fəaliyyətdə olan “Sarmatia” sp. z o.o.-nun (MMC) Prezidenti təyin edilib.
O bu vəzifədə Pavel Vysotskini (Paweł Wysocki) əvəz edib.
2004-cü ildə təsis edilən “Sarmatia” MMC-nin fəaliyyətinin əsas istiqamətləri Odessa-Brodı boru kəmərinin uzadılması vasitəsilə neftin Xəzər dənizindən Gürcüstan, Ukrayna, Polşa və Azərbaycandan keçməklə Avropaya çıxarılması məqsədilə yeni dəhlizin çəkilişi layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması, yeni neft və qaz yataqlarının tədqiqatı və işlənməsi, eləcə də quruda və dənizdə müxtəlif obyektlərin tikintisi və boru kəmərlərinin çəkilişindən ibarətdir.
SOCAR-ın şirkətdə payı 27 faiz təşkil edir.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
22 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026