10:45 - 2.02.2024
2 fevral, Fineko/abc.az. Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman əl Səud “Alat” şirkətinin yaradılmasını elan edib. Şirkət, ölkənin qabaqcıl texnologiya və elektronika yönümlü qlobal texnoloji istehsal mərkəzinə çevrilməsinə kömək etməlidir.
ABC.AZ xəbər verir ki, “Alat”, həyati sahələrə xidmət edəcək 30-dan çox məhsul kateqoriyası istehsal edəcək. Bunlara robot sistemləri, rabitə sistemləri, müasir kompüterlər və rəqəmsal əyləncə məhsulları və inşaat və mədən sənayesində istifadə olunan qabaqcıl ağır texnika daxildir. “Alat” 2030-cu ilə qədər Səudiyyə Ərəbistanında 39 min iş yeri yaratmaq və həmin il ÜDM-ə 9,3 milyard dollar birbaşa qeyri-neft töhfəsinə nail olmaq niyyətindədir.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026