17:49 - 30.01.2024
30 yanvar, Fineko/abc.az. Rusiyalı tədqiqatçılar kosmik gəmilər üçün kompakt lazer rabitə terminalının prototipini hazırlayıblar. Məlumatların yerüstü stansiyalara ötürülməsini xeyli sürətləndirəcək və cihazlar arasında sürətli rabitə təmin edəcək.
ABC.AZ xəbər verir ki, qurğu CubeSat sinifinin kiçik kosmik aparatlarında da istifadə edilə bilər.
“Radio dalğalarından fərqli olaraq, lazer şüası o qədər də səpələnmir və hədəf sektorundakı radiasiya sıxlığı radio ötürücüdən daha çoxdur. Buna görə də onlarla metr uzunluğunda qəbuledicilərə ehtiyac qalmır”, — məlumatda belə deyilir.
Cihazın layihəçilərinin sözlərinə görə, yaratdıqları kosmik lazer rabitə terminalı təxminən 15 vat enerji sərf edir və eyni zamanda 100 min km məsafədə 1,5 Mbit/s-ə qədər sürətlə məlumat ötürə bilir.