Ilon Maskın “Neuralink” şirkəti, insan beyninə ilk neyro çipi implantasiya etdi

10:22 - 30.01.2024


30 yanvar, Fineko/abc.az. Ilon Maskın “Neuralink” neyrotexnologiya şirkəti 28 yanvar 2024-cü ildə ilk dəfə insan beyninə implant yerləşdirib. Pasiyent hazırda bərpa olunur. Nəticələr artıq ümidverici görünür.

ABC.AZ xəbər verir ki, Mask bu barədə X sosial şəbəkəsində məlumat verib.

“Neuralink”in ilk məhsulu “Telepathy” adlanır. Onun köməyi ilə pasiyentlər telefonu və kompüteri düşüncə gücü ilə idarə edə biləcəklər. 
“Neuralink”, 2023-cü ilin sentyabr ayında beyin implant çipinin insanlarda ilk klinik sınaq üçün müstəqil nəzarət şurasının təsdiqini almışdı.