Azərbaycan üzərindən 6,8 mln. ton tranzit yük daşınıb

10:29 - 29.01.2024


29 yanvar, Fineko/abc.az. Dəmir yolu nəqliyyatı ilə Azərbaycan üzərindən aparılan tranzit yük daşımalarının həcmi son illər ərzində 80%-ə yaxın artıb.

ABC.AZ “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadla xəbər verir ki, ötən il 6,8 milyon ton yük daşınıb.

Bu da 2019-cu illə müqayisədə 3 milyon ton artım deməkdir.